Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, onun beynəlxalq nüfuzunu gücləndirmişdir

0

  •      44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük zəfərdən sonra Azərbaycanın qarşısında istər iqtisadi, istərsə də siyasi müstəvidə həlli vacib bir çox məsələlər durur. Məlumdur ki, 30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərində bütün yaşayış məntəqələri-kəndlər, şəhərlər, eyni zamanda infrastruktur mənfur düşmən tərəfindən vəhşicəsinə darmadağın edilmişdir. Sözsüz ki, bir yandan müharibənin, digər tərəfdən dünyada tüğyan edən pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması üçün bir çox işlər həyata keçirilməlidir. Bu mənada ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən düzgün və məqsədyönlü siyasət aparılır və bu fəaliyyət tezliklə öz bəhrəsini verəcəkdir. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bir daha erməni vandallarının Xocalıda törətdiyi soyqırımdan, erməni faşizminin Azərbaycana vurduğu yaralardan və onların törətdiyi vəhşiliklərdən danışdı. Prezident qeyd etdi ki, bütün bunlara baxmayaraq Azərbaycan öz iqtisadiyyatını gücləndirmək üçün bir çox beynəlxalq layihələr həyata keçirmiş və bu kimi işlər hal-hazırda da davam etdirilməkdədir. Ölkəmizin müharibədə əldə etdiyi zəfər, artıq onun beynəlxalq aləmdə də güclü mövqeyə malik olmasına gətirib çıxarmış, onun beynəlxalq nüfuzunu gücləndirmişdir. Artıq bir çox ölkələr Qafqazın ən güclü dövləti olan Azərbaycanla hesablaşır və ya buna məcburdurlar. Çünki, regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə həyata keçirmək mümkün deyildir. Son zamanlar BMT-də Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Azərbaycanın mövqeyinin dəstəklənməsi qeyd olunanlara parlaq sübutdur. Vətən müharibəsinin yenicə bitməsinə baxmayaraq, artıq Azərbaycanın işğaldan azad edimiş torpaqlarında quruculuq işlərinə başlanılmışdır. Tərtər-Suqovuşan, Füzuli - Şuşa, Göygöl-Kəlbəcər yollarının çəkilişinə başlanılması, Füzuli Hava limanının tikintisi, Güləbird Su Elektrik stansiyasının istifadəyə verilməsi ən önəmli infrastruktur layihələridir və onların həyata keçirilməsi Böyük Qayıdışı sürətləndirəcəkdir. Qeyd olunduğu kimi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, onun beynəlxalq nüfuzunu gücləndirmişdir. İndi dünya ölkələri Azərbaycana sərmayə qoymaqda, müxtəlif layihələr həyata keçirməkdə maraqlıdırlar. Tərəfdaş ölkələrin sayı getdikcə artmaqdadır və həmin ölkələr quruculuq işlərində ölkəmizə yardım etmək niyyətindədirlər. Butün bu qeyd olunanlar onu göstərir ki, ölkə Başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı naminə gördüyü işlər öz bəhrəsini verir və Azərbaycan xalqının bundan sonra da xoşbəxt, əmin-amanlıq şəraitində yaşamasına xidmət edəcəkdir. Eldəniz Məhərrəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib37 dəfə
    Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi onun beynəlxalq nüfuzunu gücləndirmişdir

    Maraqlı gələ bilər
    0
    37
    125